Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.
Sfera.az xəbər verir ki, bu barədə Qasım Mohiuddin X hesabında yazıb.
“2025-ci ilə doğru irəliləyərkən Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində daha böyük uğurlara nail olmaq üçün öz öhdəliyimizi qoruyuruq”, - diplomat qeyd edib.