ABŞ hökuməti terror təşkilatı PKK/YPG-yə İŞİD-ə qarşı mübarizə adı altında verdiyi silahları geri almağa başlayıb.
Demokratikmusavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 18 gündə dünyanı alt-üst edəcək qərarlar verib.
Prezidentliyə başlamazdan əvvəl Yaxın Şərqdəki müharibələrdən çəkiləcəyini vəd edən Tramp artıq bu istiqamətdə addımlar atmağa başlayıb.
Məlumata görə, Suriyada yeni administrasiyanın başlaması ilə ABŞ bölgəyə göndərdiyi 2000 əsgəri geri çəkir, İŞİD üzvlərinin saxlandığı Əl-Hol düşərgəsində vəzifə yerinə yetirən Amerika əsgərləri düşərgəni tərk edir.
Bildirilir ki, ABŞ rəhbərliyi bölgədəki terror təşkilatlarına payladığı ağır silahları və zirehli texnikanı öz bazalarında, bir qismini də İraqa daşımağa başlayıb.
Mürtəza
Demokratikmusavat.com