RU

Xıdırlı kəndinin tikinti-quraşdırma işinə 3 milyon manat vəsait ayrıldı

Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa,Tikinti Və İdarəetmə Xidməti 
“İnnova İnşaat" MMC ilə müqavilə bağlayıb.

Valyuta.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müqavilə Ağdam rayonun Xıdırlı kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri ilə bağlıdır.

Görüləcək işə 3 milyon 378 min 278 manat vəsait ayrılıb.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur. Şirkət 2019- cu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb.

Maya Hüseynova 

Избранный
36
valyuta.az

1Источники