RU

Suriya ilə bağlı Paris konfransı XİN başçıları səviyyəsində keçiriləcək

Suriya ilə bağlı fevralın 13-nə planlaşdırılan Paris konfransı xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kristof Lemuan bildirib.

“Fevralın 13-də Parisdə baş tutacaq Suriya ilə bağlı konfrans nazirlər səviyyəsində keçiriləcək. Bu, İordaniya və Səudiyyə Ərəbistanında keçirilmiş əvvəlki konfranslarda da belə olub. Suriyanı xarici işlər naziri Əsəd Həsən əl-Şibani təmsil edəcək”, - o deyib.

K.Lemuanın sözlərinə görə, görüşdə nə dini, nə də etnik qruplar təmsil olunmayacaq:

“Suriya vətəndaş cəmiyyəti ilə müzakirələr əsas forumdan ayrı, Ərəb Dünyası İnstitutunda aparılacaq”.

Избранный
11
1
report.az

2Источники