RU

"TIME" jurnalının yeni üz qabığında İlon Mask yer alıb

Amerikalı iş adamı İlon Mask dünya siyasətinə sürətlə daxil olarkən ABŞ-da Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin edildi.

Turkustan.az xəbər verir ki, Mask hökuməti daha səmərəli idarə etmək üçün israfçı hesab etdiyi xərcləri məhdudlaşdırsa da, onun vətəndaşların məlumatlarına daxil olduğu da iddia edilirdi. ABŞ prezidenti Donald Tramp bu ittihamları rədd edərək bildirib ki, Mask yalnız ona verilən səlahiyyətlərdən istifadə edə bilər.

Lakin Maskın Vaşinqtondakı mövqeyi ilə bağlı şayiələr yayılmaqda davam edir. Konkret dəlil olmasa da, Donald Tramp üzərində nüfuz qazandığı iddia edilən Maskın düşündüyündən daha çox gücə malik olduğu güman edilir.

"TIME" jurnalı da İlon Maskın ABŞ Prezident Aparatında oturduğunu təsvir edərək, İlon Maskın ABŞ siyasətində nüfuz sahibi olduğunu və hərəkətləri ilə mübahisələr yaratdığını vurğulayır.

Aytən Yaşar/ Turkustan.az

Избранный
40
2
turkustan.az

3Источники