Bakı. Trend:
Fevralın 7-də Azərbaycan Respublikasının Kuba Respublikasındakısəfiri Ruslan Rzayev Karib Ölkələri Birliyi (CARICOM) yanındasəlahiyyətli nümayəndə təyin edilməsi ilə bağlı məktubunutəşkilatın baş katibi Karla Barnetə təqdim edib.
Azərbaycanın Kubadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanıAzərbaycan və CARICOM arasında əməkdaşlıq perspektivləri müzakirəolunub.
Tərəflər CARICOM-un baş katibi və üzv ölkələrdən olan yüksəksəviyyəli nümayəndə heyətlərinin COP29-da fəal iştirakını, konfransçərçivəsində keçirilmiş ikitərəfli görüşləri və təşkilatın COP29pavilyonunda öz stendi ilə təmsil olunmasını məmnunluqla qeydediblər.
Görüşdə, həmçinin Azərbaycan tərəfindən CARICOM-un üzv ölkələridə daxil olmaqla, kiçik ada dövlətlərinə göstərilən humanitaryardımlara toxunulub. Azərbaycan ilə CARICOM-a üzv dövlətlərarasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafetdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan tərəfinin CARICOM-la əməkdaşlığa xüsusi önəm verdiyiqeyd olunub və həm təşkilatla, həm də üzv dövlətlərlə əlaqələrininkişafına dəstək göstərməyə hazır olduğu bildirilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafındada fikir mübadiləsi aparılıb.