RU

Xaçmazda 7 nömrəli məktəbin bağlanacağı xəbərləri narahatlıq yaradıb – Aidiyyəti qurum nə deyir? VİDEO

Xaçmazda məktəbin bağlanacağı iddiaları valideynləri narazı salıb.

Xezerxeber.az xəbər verir ki, söhbət rayonun 7 nömrəli tam orta məktəbindən gedir. Bildirilir ki, məktəb təmirə bağlanacaq və sonradan lisey kimi fəaliyyət göstərəcək. Bu proses çərçivəsində hazırda burada təhsil alan şagirdlər müxtəlif məktəblərə köçürüləcək. Valideynlər bu qərarın şagirdlərin təhsilinə mənfi təsir edəcəyini düşünürlər.

Əlavə olaraq, lisey modelinə keçidin problem yaradacağı qeyd edilir. Belə ki, yalnız müəyyən balı toplayan şagirdlərin bu məktəbdə təhsil ala biləcəyi, qalan şagirdlərin isə burada təhsildən kənarlaşdırılacağı narahatlıq doğurur.

Bütün bu iddialara aydınlıq gətirmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciət edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
35
xezerxeber.az

1Источники