RU

Xırdalanda sərnişin avtobusu piyadanı vuraraq öldürüb - FOTO - VİDEO

Axşam saatlarında Xırdalan şəhəri Heydər Əliyev prospekti “120” adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın “Bizim.Media”ya istinadən məlumatına görə, 517 nömrəli müntəzəm marşrut avtobusu piyadanı vurub.

Orta yaşlarında olan kişi hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Избранный
4
2
avtosfer.az

3Источники