RU

Kərki kəndinin işğalı nəticəsində 54 əmlak üzrə 7 milyon manatdan artıq maddi ziyan vurulub

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndininişğalı nəticəsində 54 əmlak üzrə 7 milyon manatdan artıq maddiziyan vurulub.

Trend xəbər verir ki, bunu dövlət ittihamçısıFuad Musayev fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsindəsülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, ocümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habeləterrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələkeçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavitBabayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə məhkəmə prosesinin baxış iclasında bildirib.

"Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndininişğalı (hazırda Sədərək rayonunun Kərki kəndi) nəticəsində 461 dincsakin didərgin salınıb, xüsusi mülkiyyətdə və AzərbaycanRespublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 54 əmlak üzrə7 milyon manatdan artıq maddi ziyan vurulub", - o bildirib.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - HarutyunyanArayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, QazaryanErik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri,Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan QarikQriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma,hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadəedən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Məqalədə:
Избранный
15
46
az.trend.az

10Источники