ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və hökumət tərəfindən medianın maliyyələşdirilməsi ilə bağlı müzakirələr davam edərkən, xarici qrantlar və ianələr hesabına maliyyələşən BBC Media Action da USAİD-in medianı maliyyələşdirməyi dayandırmaq qərarından “mənfi təsirə məruz qaldığını” açıqlayıb.
Sitat.info xəbər verir ki, BBC-dən verilən yazılı açıqlamada BBC Media Action-ın bütün dünyada yerli mediaya dəstək verdiyi qeyd edilib.
Açıqlamada bir çox beynəlxalq təşkilatlar kimi BBC Media Action-ın da ABŞ hökumətinin maliyyələşdirməsində müvəqqəti fasilədən təsirləndiyi və 2025-ci il üçün alınmayacaq maliyyə vəsaitinin 2023-2024-cü illər üçün gəlirin 8 faizi səviyyəsində olduğu vurğulanıb.
Bəyanatda bu vəziyyətin təsirini minimuma endirmək üçün səylər göstərildiyi və BBC Media Action-ın BBC News-dan tamamilə ayrı olduğu bildirilib.
Türkanə,
Sitat.info