RU

​“Qalatasaray”ın istədiyi Bruyne qərarını verdi

“Qalatasaray”la adı hallanan Kevin De Bruyne mövsümün sonunda "Mançester Siti"ni tərk edəcək. Metbuat.az xəbər verir ki, futbolçu ABŞ-a transfer olacaq. "Todofichajes"də dərc edilən xəbərə görə, futbolçu "San Dieqo" klubu ilə razılıq əldə edib.

Qeyd edək ki, Kevin De Bruynenin "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Onun transfer dəyərinin 35 milyon avro olduğu bildirilir. “Qalatasaray”ın “Mançester Siti”nin futbolçusu Kevin De Bruyneni transfer etmək üçün hərəkətə keçdiyi barədə xəbərlər dərc edilmişdi. “Fanatik” qəzetinin məlumatına görə, "Qalatasaray" transferi reallaşdırmaq və futbolçunu razı salmaq üçün onun Belçika millisində birgə oynadığı Mertensdən istfadə edib. Təcrübəli futbolçunun transferin bahalı olduğu, oyunçunun təkcə imza haqqı üçün 10 milyon avro tələb etdiyi bildirilib.

Избранный
84
5
metbuat.az

6Источники