RU

Tramp Zelenski ilə nə vaxt görüşmək istədiyini bildirdi

Gələn həftə ABŞ Prezidenti Donald Trampın  Ukrayna prezidenti Vladimir Zelenski ilə danışacağı gözlənilir.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Amerika lideri onunla nadir yeraltı ehtiyatların təhlükəsizliyini müzakirə etmək istəyir. Tramp bu bəyanatı Ağ Evdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşündə verib. "Yəqin ki, gələn həftə Prezident Zelenski ilə görüşəcəyəm və yəqin ki, Rusiya Prezidenti Vladimir Putinlə danışacağam", — ABŞ lideri danışıqlar başlamazdan əvvəl vurğulayıb. Jurnalistlərlə söhbətində o, qeyri-müəyyən bir ifadə əlavə edib: “O nəyə üstünlük verirsə versin, mən buradayam”.

Tramp Putinlə söhbətin nə vaxt baş tutacağını gözlədiyini açıqlamayıb. Zelenski ilə görüşün Vaşinqtonda baş tutacağı gözlənilir.

Избранный
113
50
manset.az

10Источники