RU

Çempionlar Liqasında əlavə vaxt ləğv oluna bilər

Çempionlar Liqası turnirin pley-off mərhələsində əlavə vaxt ləğv edilə bilər.

Bu barədə İngiltərənin “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, hazırda bu ideya UEFA tərəfindən nəzərdən keçirilir. Qərar qəbul edilərsə, ÇL-in pley-off mərhələsində əsas vaxtda heç-heçə olarsa, bu zaman dərhal penaltilər seriyası keçiriləcək.

Yeniliyin təşəbbüskarları futbolçuların həmkarlar birlikləri və TOP klublardır. Onlar Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarında əlavə vaxtın ləğvini fəal şəkildə müdafiə edirlər. Bunun onsuz da həddən artıq çox olan təqvimdəki yükü azaldacağını ümid bəsləyir.

Məsələyə münasibət bildirən UEFA hazırda müzakirələrin qeyri-rəsmi olduğunu və hələlik heç bir rəsmi təklifin irəli sürülmədiyini bildirib. Qeyd edilib ki, istənilən dəyişiklik UEFA İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir. Sonuncu dəfə avrokubokların reqlamentinə əsaslı dəyişikliklər 2021-ci ildə edilib. O zaman səfər qolları sistemi ləğv olunub.

Bununla belə, o da qeyd olunur ki, 2027-ci ilə qədər davam edən televiziya hüquqları dövrü başa çatana qədər mövcud sistemin dəyişdirilməsi ehtimalı azdır.

"Cebheinfo.az"

Избранный
92
9
cebheinfo.az

10Источники