AFFA-nın U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları təxirə salınıb.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qərarın hava şəraiti səbəbindən qəbul edildiyi bildirilib:
"Bütün zonalar üzrə 8-9 fevral tarixində keçirilməsi planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb".