Bakıda Akademik Həsən Əliyev küçəsində - Müzəffər Nərimanov küçəsinə qədər olan əraziyə ümumilikdə 1 650 ağacın köçürülməsi nəzərdə tutulur.
M.Qənbərov bildirib ki, həmin ağaclardan 586-sı "Ulduz" metrosundan "Keşlə bazarı"na kimi (2 km) ərazidən köçürüləcək:
"DTX Akademiyasının ərazisində 74, "Keşlə bazarı"nın qarşısında olan restoranın ərazisində 170, Əliyar Əliyev küçəsindən Akademik Həsən Əliyev küçəsinin başlanğıcına qədər 820 ağac köçürüləcək".