RU

Cinsini dəyişdirənlərin həmrəylik platforması...

ABŞ-ın yeni prezidenti Donald Tramp da USAİD-in bağlanmasını tələb edir: “USAİD-dakı korrupsiya görünməmiş həddə çatıb. Bağlansın”.

Dəhşətli faktlar açıqlanır. Məlum olur ki, 700 üzəri media orqanını, 7 mindən artıq jurnalisti, 700-dən çox QHT-ni maliyyələşdirən USAİD müsəlmanların kompakt yaşadığı Qvatemalada cins dəyişdirilməsi üçün milyonlarla, Əfqanıstandakı narkotik istehsalı üçün əsas yaradan gübrənin alınmasına çox böyük vəsait xərcləyib. Transgenderlərə dünya miqyası üzrə yüz milyonlarla külli miqdarda pul ayrılıb.

Bu qurum dünya miqyasında ailə təsisatları və mənəvi dəyərlərin məhvi məqsədilə saysız-hesabsız layihələr həyata keçirib. Başqa sözlə, USAİD adındakı bu “şeytan yuvası” bəşəriyyətin süqutuna “Amerika Beynəlxalq İnkişaf Agentliyi” adıyla ciddi rəqəmlər xərcləyib. Bu, Baydenin ABŞ prezidentliyi dövrünün məntiqi yekunudur, həm də Blinkenin riyakarlağının “təcəssümü”.

Azərbaycan haqlı idi və Prezident İlham Əliyev hələ bir müddət öncə bəyan edirdi ki, D.Tramp USAİD-i bağlayacaq. Amerika adına böyük ayıbları Trampın adminstrasiyası belə təmizləməyə çalışırsa, nəticə belədir – USAİD adı ilə Bayden və dəstəsi bəşəri bir cinayətlə məşğul olub.

Избранный
19
vaxt.az

1Источники