Fələstinin HƏMAS hərəkatı fevralın 8-də üç israilli girovu azad etmək niyyətində olduğunu açıqlayıb.
Senzor.az bildirir ki, məlumatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeydə yayıb.
Onun sözlərinə görə, azad ediləcək şəxslər arasında Almaniya vətəndaşı Ohad Ben-Ami də var: “İsrail ilə girovların mübadiləsi razılaşmasının bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Şarabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik”, - Əbu Ubayda teleqram kanalında yazıb.