RU

Avropa Dağ Velosipedi Çempionatı İsveçdə keçiriləcək

Bakı. Trend:

Avropa Dağ Velosipedi Çempionatı İsveçin Höteborq şəhərində baştutacaq.

Trend xəbər verirki, yarış 2027-ci ildə İsveçin "Master" veloklubu tərəfindən təşkilediləcək və beş gün davam edəcək. İdmançılar tam yeni marşrutda 13çempionluq titulu uğrunda mübarizə aparacaqlar. Test yürüşü artıqbu il keçiriləcək.

Veloklubun sədri Albin Andresson bildirib ki, bu yarışın İsveçdəkeçirilməsi illərlə aparılan gərgin işin nəticəsidir:
"Ümid edirik ki, idmansevərlər dünya səviyyəli yarışdan zövq alacaqvə bu, xüsusilə gənclər arasında velosiped sürməyə marağıartıracaq."

Qitələrarası çempionatda 30-dan çox ölkədən 400-dən artıqvelosipedçinin iştirak edəcəyi gözlənilir.

Избранный
40
az.trend.az

1Источники