RU

Stradivarinin skripkası rekord məbləğə satıldı

İtalyan skripka ustası Antonio Stradivarinin (1644-1737) skripkası Nyu Yorkda "Sotheby's" hərracında 11,25 milyon dollara satılıb.

Milli.Az xəbər verir ki, hərrac 8 milyon dollardan başlayıb, lakin bu məbləğ saniyələr ərzində artıb.

Məlumata görə skripkanın alıcısı anonim qalmaq istəyib.

1714-cü ildə hazırlanan "Joachim-Ma" skripkası Stradivarinin qızıl dövrünə təsadüf edib.

Alət öz adını iki görkəmli keçmiş sahibindən, virtuoz Cozef Yoahimdən (1831-1907) və Çinli skripkaçı və müəllim Ma Sihongdan (1925-2009) götürüb.

Milli.Az

Избранный
3
1
milli.az

2Источники