RU

AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçünsəyahətləri daha əlçatan etmək məqsədilə yeni kampaniyaya startverir.

2025-ci il fevralın 16-dək sərnişinlər AZAL-ın bütün beynəlxalqistiqamətləri üzrə aviabiletləri 25% endirimlə əldə edə biləcəklər.Təklif 2025-ci il mayın 31-dək həyata keçirilən reyslərə şamilolunur.

Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə,premium ekonom və biznes sinifi tariflərinə şamil edilir, lakinvergi və yığımlara tətbiq edilmir.

Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçininkodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimlibiletlərin sayı məhduddur.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobiltətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuşagentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçünlinkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.

AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!

Избранный
19
25
az.trend.az

10Источники