Alyaska üzərində radarlardan itən “Bering Air” təyyarəsində olan 10 nəfərin hamısı həlak olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Associated Press” ABŞ Sahil Mühafizəsinə istinadla məlumat yayıb.
Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Unalaklitdən Nom şəhərinə uçan təyyarənin göyərtəsində 9 sərnişin və bir pilot olub.