Bakı. Trend:
Egey dənizində artıq bir həftədən çoxdur ki, yüksək seysmikaktivlik müşahidə olunur. Ard-arda baş verən zəlzələ və yeraltıtəkanlar Yunanıstan adalarında və Türkiyənin Egey dənizisahillərində hiss olunur.
Trend xəbər verirki, bu gün Bakı vaxtı ilə 06:52-də Egey dənizindən 4,5 bal gücündəzəlzələ baş verib.
Zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Ardınca isə saat 08:08-də 3.8 bal gücündə, 08:11-də isə 3,9 balgücündə daha iki zəlzələ olub.