RU

Lənkəranda kişi arvadını bıçaqladı

Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb. 

KONKRET.az xəbər verir ki, hadisə fevralın 6-sı saat 01 radələrində, rayonun Şilavar kəndində baş verib.

Belə ki, Nəhmətov Ehtibar İbrahim oğlu şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərindəki bıçaqla arvadı-1978-ci il təvəllüdlü Nəhmətova Təranə Qurbanəli qızını vuraraq xəsarət yetirib.

Faktla bağlı CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Избранный
28
7
konkret.az

10Источники