RU

XİN: Kiyev Azərbaycan qazının tranzit imkanları üzərində işləyir

Ukrayna hazırda Azərbaycandan Avropa ölkələrinə qaz nəqlində iştirak üzərində işləyir.

Azreform.info "Censor.NET"ə istinadən xəbər verir ki, bunu fevralın 7-də Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.

“Söhbət konkret olaraq Azərbaycan qazından və onun nəqlində Ukraynanın iştirakından gedir. Bəli, həqiqətən də bu iş aparılır", - Tixiy bildirib.

O qeyd edib ki, Ukrayna Slovakiyanın baş nazirindən fərqli fikirlər eşidir. "Slovakiya hökuməti də digər Avropa ölkələri kimi resursların diversifikasiyasını, onların təchizatını və enerji təhlükəsizliyini əvvəlcədən təmin etməli idi", - o qeyd edib.

Mürtəza
Azreform.info

Избранный
23
3
azreform.info

4Источники