RU

İtaliyaya neft ixracından gəlirlər 323 milyon dollar azalıb

Azərbaycandan ötən il İtaliyaya 10 milyon 950 min ton neft ixrac edib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə  İtaliyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 6 milyard 754,4 milyon dollar olub.

Son bir il ərzində ixracın həcmində 167,2 min ton (1,5%), dəyərində isə 322,7 milyon dollar (4,6%) azalma baş verib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan İtaliyaya 7 milyard 77 milyon dollar dəyərində 11 milyon 118 min ton neft ixrac etmişdi.

Ötən il ərzində İtaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 1 049 manat olub ki, bu da 2023-cü ilin göstəricisinə görə 34 manat (3,1%) azdır.

Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İtaliya 2024-cü ildə və 2023-cü ildə 1-ci yerdə olub.

Избранный
18
fed.az

1Источники