RU

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük vəTəchizat” ASC tərəfindən 8-9 fevral tarixlərində Bakıda “KənddənŞəhərə” həftəsonu yarmarkası Nərimanov rayonu, Fətəli xan Xoyskiküçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanındafəaliyyətə başlayıb.

Trend xəbərverir ki, 2 gün müddətində, saat 9:00-dan 19:00-dək təşkil olunacaqyarmarkada fermerlərin 100-dən artıq çeşiddə kənd təsərrüfatı vəqida məhsullarının satışını həyata keçirməsi gözlənilir.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərinməhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satışnöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii,yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.“Kənddən Şəhərə” yarmarkasında fermerlər piştaxta, tərəzi və digərlazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinəAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlaryarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasınınxidmətlərindən faydalana bilərlər.

Избранный
32
az.trend.az

1Источники