RU

“Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

Image

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Kənddən şəhərə” həftəsonu yarmarkası paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski 5 ünvanında fəaliyyətə başlayıb.

Bu gün və sabah davam edəcək yarmarkada 20 regiondan 50-dən çox fermer 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir. Fevral ayının sonuna qədər hər həftənin şənbə və bazar günləri davam edəcək yarmarkada fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar, iştirak üçün heç bir əlavə ödəniş tələb edilmir.

Yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, həmçinin fermerlərin satış imkanlarını artırmaqdan ibarətdir.

Mətləb






Избранный
52
2
baki-xeber.com

3Источники