RU

“Yeni Sabah” məhkəmədə qalib gəldi: Pişik xəbərinə görə 20 min manat...

Nərimanov rayon Məhkəməsində “Hasvet İnternational Animal Hospital”ının Yenisabah.az saytı və jurnalist Əsmətxanım Rzazadəyə qarşı məhkəmə iddiası üzrə qərar qəbul edilib.

Yenisabah.az xəbər verir ki, hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən yekun iclasda Hospitalın xəbər saytına qarşı qaldırdığı iddia təmin olunmayıb.

Qeyd edək ki, iddiaçı "Hasvet Baku" Məhdud Məsuliyyətli Cəmiyyəti “Yenisabah.az” saytında haqqında yayılan xəbərlə bağlı məhkəməyə müraciət etmişdi. Saytda dərc olunan yazıda hospitalda pişiyin əməliyyat qiymətlərinin yüksək olması, eyni zamanda əvvəlcədən müştərilərə qiymət haqda heç bir məlumat verilməməsi  tənqid edilmişdi. Klinika qarşı tərəfdən təkzib və 20.000 manat təzminat ödəməyi tələb edirdi.


Telegram kanalımız
Избранный
12
yenisabah.az

1Источники