RU

İtkin düşən təyyarənin sərnişinlərinin hamısı həlak olub

Alyaskada itkin düşən təyyarənin göyərtəsində olan 10 nəfərin hamısı həlak olub.

Ölkə.Az xəbər verir ki, bir gün əvvəl Alyaskada itən "Bering Air" təyyarəsi Nome reysi ilə uçarkən qəzaya uğrayıb. Xilasedicilər təyyarənin qalıqlarını tapıblar. 

Təyyarədə olan 10 nəfərin isə hamısı həlak olub.

Sahil Mühafizəsi leytenantı Benjamin Makintayr-Kobl bildirib ki, təyyarədən qəza öncəsi hər hansı təhlükə siqnalı daxil olmayıb.

Təyyarənin göyərtəsində doqquz sərnişin və bir pilot olub.

Mürtəza
Ölkə.Az

Избранный
37
2
olke.az

3Источники