Qəzzada dağıntılar altında 12 mindən çox cəsəd var – “Əl-Cəzirə”
Qəzza zolağında döyüşlər zamanı dağıdılan binaların dağıntıları altında 12 mindən çox cəsəd qalıb. Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Fələstin anklav hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, İsrail dağıntıları təmizləmək üçün yararlı olan ağır texnikanın Qəzza zolağına daxil olmasına mane olur.