RU

Tramp Yaponiyanın baş naziri ilə görüşüb

Tramp və Yaponiya baş naziri Şiqeru İşiba Ağ Evdə görüş keçirib.

ABŞ prezidenti Donald Tramp və Yaponiya baş naziri Şiqeru İşiba Ağ Evdə görüş keçirib.

Operativ Media bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, liderlərin ABŞ-Yaponiya təhlükəsizlik və müdafiə əməkdaşlığını gücləndirmək istəyini ifadə etdikləri və bu ittifaqın Hind-Sakit okean regionunda sülh və sabitlik üçün əsas dayaqlardan biri olduğunu vurğuladıqları bildirilib.

Həmçinin, ABŞ-Yaponiya Təhlükəsizlik anlaşmasının 5-ci maddəsinin Senkaku adalarına da şamil edildiyi təsdiqlənib və adaların statusunu dəyişdirməyə yönəlmiş istənilən cəhdlərə qarşı çıxıldığı vurğulanıb.  

Liderlər həmçinin, şimali Koreyanın nüvəsizləşdirilməsinə sadiqliklərini təsdiqləyib, şimali Koreyanın kiber hücumları və Rusiya ilə artan hərbi əməkdaşlığından narahatlıqlarını ifadə edib, ABŞ-Yaponiya-Cənubi Koreya üçtərəfli tərəfdaşlığının bölgədəki təhlükəsizlik üçün vacibliyini vurğulayıb.  

Избранный
26
operativmedia.az

1Источники