RU

DYP-dən mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

Bakı. Trend:

Baş DYP İdarəsinin mövcud hava şəraiti ilə bağlı hərəkətiştirakçılarına müraciət edib.

Trendxəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, xəbərdarlıq edildiyi kimi hazırda ölkə ərazisindəküləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür.

"Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrəsəbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir dahasürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə,ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinintexniki sazlığından əmin olmağa, xüsusilə şinləri qış mövsümünəuyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyəçağırır.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksəkolduğundan mövsümə uyğun təchiz edilməyən, texniki-təhlükəsizlikbaxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin təxirəsalınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarəetməkdən çəkinməsi tövsiyə olunur.

Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərəalaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağaçağırırıq!",- deyə müraciətdə qeyd edilib.

Məqalədə:
Избранный
18
43
az.trend.az

10Источники