RU

Yanağından öpdü, qızın üzü yandı - Mən etdim, siz etməyin - FOTO

Sarah Davies dolğunlaşdırıcı təsiri olan dodaq parladıcısı çəkdiyini unudaraq 8 yaşlı qızını yanağından öpdükdən sonra gözlənilməz hal ilə qarşılaşıb. Öpüşdən sonra qızın yanağı qızarıb və yanıq əmələ gəlib.

Demokratikmusavat.com milli.az-a istinadən xəbər verir ki, 41 yaşlı Davies dodaq parladıcısı çəkdikdən sonra doğum günü mərasiminə yollayacağı qızı Avanı yanağından öpüb. Bir müddət sonra qızının yanağında qızartı yaranıb və toxunduqda isti olduğunu hiss edib. O, dodaq boyası çəkdiyini xatırlayaraq dərhal qızının üzünü yuyub və aptekə gedib. Əczacının məsləhət gördüyü kremi çəkdikdən sonra qızının yanağı sağalıb.

Davies məhsulun qablaşdırmasını atdığı üçün onun xəbərdarlıq yazısını oxumadığını və bu tip məhsulların uşaqlardan uzaq tutulmalı olduğunu bildirib. Yaşadığı hadisədən dərs çıxardığını qeyd edən ana, "Bir dəqiqə içində yanağı qızardı. Əgər yeni doğulmuş körpə olsaydı, vəziyyət daha da pis ola bilərdi. Mən belə səhv edə bilmişəmsə, başqaları da edə bilər. Artıq bu məhsulu istifadə etməyəcəyəm. Mənim səhvimi etməyin" sözləri ilə valideynləri diqqətli olmağa çağırıb.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
26
7
Demokratikmusavat.com

8Источники