RU

Deputatdan azərbaycanlıları təhqir edən rusiyalı həmkarına sərt cavab

Deputat  Azər Badamov azərbaycanlıları təhqir edən “Vahid Rusiya” partiyasından olan deputat Nikolay Valuyevə sərt cavab verib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki,  deputat  Azər Badamov Nikolay Valuyevin azərbaycanlıları “şobla”(banda) adlandırmasına sərt reaksiya verib: “Bu təyin ilk növbədə, Valuevin özünü xarakterizə edir. Üstəlik, "banda"nın orta nümayəndəsini bədii şəkildə təsvir etməyə çalışsaq, Nikolay Valuevin portreti bunun üçün ən uyğun olardı.

Bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, o, təkamülün çıxılmaz qolunun nadir eksponatıdır, inkişafında Neandertal və Homo sapiens arasında bir yerdə ilişib qalıb. Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”.


Избранный
51
news24.az

1Источники