RU

Bəhruz Əzimov Fondun İdarə Heyətinin sədri təyin edildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun (TTKF)İdarə Heyətinə sədr təyinatı təsdiqlənib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə Bəhruz Əzimov İdarə Heyətinin sədri təyin edilib.

B.Əzimov 2022-ci ilin yanvarından TTKF-in sədr müavini və sədrin vəzifəsini müvəqqəti icra edicisi idi.

Xatırldaq ki, Fond 2021-ci ilin 17 iyununda Azərbaycan Prezidentinin fərmanı ilə təsis edilib və qurumun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Fond əhaliyə birbaşa təhsil tələbə kreditlərinin verilməsi ilə məşğul olmur.

Избранный
23
1
banker.az

2Источники