RU

Şəbnəm instaqramdan nə qədər qazanır?

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkə hesablarından qazandığı məbləği açıqlayıb.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, "El canlı" verilişinə qonaq olan ifaçı sosial şəbəkələrdə aktiv olduğunu deyib: "Yutubda 1 milyon 700 min izləyiciim var. 2019-cu ildə mənə "gümüş düymə", 2022-ci ildə isə "qızıl düymə" göndərilib.

İnstaqram səhifəmdə isə izləyicilərim hamınınkından çoxdur. 3 milyon 400 min izləyicim var. Təbii ki, məndə öz səhifəmdə reklam paylaşıram. İnstaqramda hekayə bölümündə reklamı 2000 manata yayımlayıram. Əslində səhifəm reklam yox, müğənni səhifəsidir. 4-5 aydan bir nəsə götürürəm. Geyim və ya başqa paylaşımları reklamla etmirəm. Hansısa şirkətin məhsulunu paylaşa bilərəm". 

Избранный
96
5
manset.az

10Источники