RU

Bu halda Trampa sərt cavab veriləcək

ABŞ-ın Avropa İttifaqı mallarına rüsumlar tətbiq edəcəyi təqdirdə Avropa Komissiyası (AK) bir neçə saat ərzində reaksiya verəcək.

Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

"Mən qarşıdurmaya deyil, əməkdaşlığa diqqət yetirirəm", - deyə Şolts "RedaktionsNetzwerk Deutschland" media qrupuna müsahibəsində vurğulayıb.

O deyib ki, bununla belə, əgər ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası bir neçə saat ərzində sərt reaksiya verəcək.

Şolts Avropa İttifaqının bir yerdə qalmasının tərəfdarıdır. "450 milyon əhalisi olan Aİ güclüdür və hərəkətə qadirdir", - deyə Şolts bəyan edib.

Избранный
19
21
publika.az

10Источники