Bakı,TurkicWorld
Qırğızıstan xarici işlər nazirinin müavini Meder Abakirovla Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov arasında görüş keçirilib.
TurkicWorld xəbər verir ki, görüş zamanı siyasi qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, eləcə də iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bundan əlavə, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Bu kontekstdə tərəflər bu il Qırğızıstan və Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd ediblər.