"Qarabağ"ın ulduz futbolçusu Marko Yankoviç karyerasını Xorvatiyanın "Dinamo Zaqreb" klubunda davam etdirə bilər.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya mediasında futbolçunun keçidi ilə bağlı xəbərlər paylaşılıb.
Belə ki, "Dinamo Zaqreb" Marko Yankoviç üçün "Qarabağ"a təklif göndərsə də, "köhlən atlar"dan heç bir cavab verilməyib.
Qeyd edək ki, daha öncə Olavio Juninyo, daha sonra isə Julio Romao komandadan ayrılıblar.
"Cebheinfo.az"