RU

Xərci borcunu ödəməyən yerkökü - Bərdə fermerlərini məyus edən səbəblər

Kənd təsərrüfatı məhsulları içərisində öz faydası və məhsuldarlığı ilə seçilən bitkilərdən biri olan yerkökü ölkənin Qarabağ zonasında ən çox Bərdə rayonunda yetişdirilir.

Bu məhsul qış mövsümündə ikinci əkin kimi becərilir. Bərdə rayonunun Kətəlparaq, Soğanverdilər, Piyadalar və İmirli kəndləri bölgədə bu məhsulun ən çox əkildiyi kəndlər hesab olunur. Fermerlərin bildirdiyinə görə artıq bir neçə ildir ki, bu sahəyə maraq tədricən azalır. Bunun əsas səbəblərindən biri isə yerkökünün yetişdirilməsinə çəkilən xərclərin ilbəil artması və əldə olunan gəlirin maya dəyərini ödəməməsidir.

Uzun illərdir, yerkökü əkini ilə məşğul olan Bərdə rayonu Soğanverdilər kənd sakini, fermer Əlif İbrahimov “Report”un əməkdaşına açıqlamasında ötən il yerkökü üçün nəzərdə tutulan əkin sahələrinin bu il də azaldıldığını deyib:

“Keçən illə müqayisədə bu il daha az yerkökü əkmişik. Çox güman ki, gələn il də bu il əkdiyimizin yarısı qədər əkəcəyik. Ancaq vəziyyətin necə dəyişəcəyini bilmirik. Əgər belə davam edərsə, o zaman yerkökü becərilməsini dayandırmaqdan başqa yol qalmayacaq”.

Ə.İbrahimov yerkökünün builki qiymətlərinin xeyli aşağı düşdüyünü bildirib:

“Bu məhsuldan götürülən qazanc çəkilən əziyyətə dəymir, gəlir ildən-ilə azalır. Məsələn, keçən il məhsulun tam paketlənmiş halda bir kiloqramı təqribən 80 qəpik-1 manata idisə, bu il qiymət 55-60 qəpik aralığında dəyişir. Əlbəttə, bu qiymət fermerlərə sərf eləmir. Yaranmış bu vəziyyət nəticədə yerkökü sahələrinin sürətlə azalmasına səbəb olur. Əkin sahələri azaldıqca, istehsal da aşağı düşür. Müqayisə etsək, keçən il hər gün bazarlara 10-15 ton məhsul göndərirdik. Bu il isə o rəqəm 2-3 tondur”.

Fermer yerkökü becərilməsinin rentabelli olmamasının digər səbəbi kimi xarici bazarlara çıxışın məhdudluğunu göstərib:

Избранный
27
5
aznews.az

6Источники