RU

Ermənistanın müdafiə naziri Hindistana getdi

Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 8-də Hindistana işgüzar səfərə gedib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

 

Səfərlə bağlı başqa təfərrüatlar açıqlamayıb.

 

Azvision.az xatırladır ki, bu yaxınlarda Papikyanın Ermənistanın baş naziri Nikol Paşinyanla “xoşagəlməz söhbəti” olduğu bildirilirdi. Buna səbəb müdafiə nazirinin Hindistan tərəfdən raket silahlarının tədarükünə dair müqaviləyə görə külli miqdarda pul (təxminən 100 milyon dollar) alması barədə məlumat olub.

 

Bundan sonra məlum olub ki, Hindistan tərəfi erməni nümayəndələrinə BRICS sammiti çərçivəsində baş nazir Paşinyanla hindistanlı həmkarı Narendra Modi arasında görüş təşkil etməkdən boyun qaçırıb. Ermənistan mediasının yazdığına görə, Hindistanda raket silahlarının İrəvana tədarükünə dair müqavilə bağlayarkən böyük “otkatla” bağlı qalmaqalın üzə çıxamsından son dərəcə narazıdırlar.

Избранный
39
senzor.az

1Источники