RU

Polis Oğuzda əməliyyat keçirdi - Saxlanılanlar var + FOTO

Bu barədə Ajans.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.

Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub.

Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
102
18
Ajans.az

10Источники