RU

Vado Şakarişvili: USAID sülhün deyil, müharibələrin, antidemokratiyanın, korrupsiyanın beşiyi olub

Tbilisi, 8 fevral, AZƏRTAC

ABŞ-ın yeni administrasiyasının USAID-lə bağlı son açıqlaması bir sıra qaranlıq məqamları üzə çıxardı. Daha doğrusu, bizim USAID-lə bağlı dediklərimizi bir daha ictimaiyyətə sübut etdi. İndi hamıya aydın oldu ki, USAID sülhün deyil, müharibələrin, iğtişaşların, antidemokratiyanın, korrupsiyanın beşiyi olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində gürcü ekspert Vado Şakarişvili söyləyib. O deyib: “Biz Gürcüstanda və Azərbaycanda dəfələrlə bəyan etmişik ki, USAID-dən gələn pullar milli maraqlarımız üçün xərclənməyib. Bu pullar ABŞ-ın əvvəlki administrasiyasının və onun arxasında dayanan qrupların - Dərin Dövlət və Qlobal Müharibə Partiyasının maraqlarını həyata keçirmək üçün xərclənib.

USAID dünyada “ailə dəyərlərinə, milli əxlaqa zidd olan “liberal-woke” ideologiyası, transgenderizm, cinsiyyətin dəyişdirilməsi, LGBT və bu kimi digər dəli ideologiyaları maliyyələşdirirdi. USAID Dərin Dövlətin və Qlobal Müharibə Partiyasının bir aləti kimi dünyada öz kukla hökumətlərinə sahib olmağa çalışırdı. Məqsəd isə özlərinin çirkin siyasi, maliyyə və hərbi maraqlarını həyata keçirmək idi”.

Ekspert hesab edir ki, əvvəlki ABŞ administrasiyası USAID-in əli ilə vergi ödəyicilərinin pulunu Ukraynada, Gürcüstanda, Avropada, Qafqazda və dünyada inqilablar və “rejim dəyişiklikləri” üçün xərcləyirdi. USAID qanla bağlıdır, çünki müharibələr, vətəndaş müharibələri, inqilablar və qeyri-demokratik proseslər onların əlindədir. İndi ABŞ-ın yeni administrasiyasından eşidirik ki, təsəvvürümüzə belə gətirə bilmədiyimiz məlumatlar ortaya çıxır və böyük dəyişikliklər çox sürətlə baş verir.

“Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır. Buna görə də Dərin Dövlətin çökəcəyinə ümid edirik”, – deyə Şakarişvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
27
azertag.az

1Источники