Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin etdiyini ən yaxşı halda tərbiyəsizlik adlandırmaq olar:
"Rus ictimaiyyətində, rus xalqının ruhunda müəyyən şovinistlik hissəri hələ də qalmaqdadır. Bütün bunların fonunda Ukrayna və digər postsovet ölkələrə qarşı münasibət göz önündədir. Bu gün Rusiya Dövlət Dumasının deputatı bu cür çıxış edirsə, əvvəlcə ona digər deputatlar və dumanın rəhbəri qarşı çıxmalıdır".
Deputatın sözlərinə görə, əgər bu fikirlər özləri tərəfindən qınanılmırsa, bu fikirləri digər deputatların da mövqeyi kimi qəbul edərik:
"Bütov bir xalqın təhqir olunması faşist təfəkkürünün məhsuludur, insanlıqdan kənar yanaşmadır. Anlamalıdırlar ki, Azərbaycanda yaşayan ruslara qarşı heç bir halda diskrminasiya olmayıb, biz hər zaman digər millətin nümayəndələrini özümüzə bacı-qardaş bilmişik. Təəssüflər olsun ki, biz Rusiya tərəfindən bu münasibəti görmürük. Bizim ən azından son 200 il ərzində başımıza gələnlərin kökündə Rusiya amili dayanır. Biz bütün bunları kənara qoyaraq Rusiya ilə münasibətlərin normallaşmasına maraqlı olmuşuq. Ancaq insanlıqdan kənar açıqlamalar verən, tərbiyəsizlik edən məxluqlar bütövlükdə insanlığa qarşı olduqlarını göstərirlər. Onlara heç insan da demək mümkün deyil. Nikolay Valuyev sözünü geri götürüb, Azərbaycan xalqından üzr istəməlidir. Deyilən sözlərin hər birini onların özlərinə şamil edirik. Biz dosta dost, düşmənə düşmən mövqedə dayanırıq. Bunu hər zaman əməllərimizlə sübut etmişik. Bu cür mövqe sərgiləyənlər 5 qat layiqli cavalarını alacaqlar".
Əfsanə Kamal
Demokrat.az
10Источники
-
demokrat.azDeputat: "Rusiyalı deputatların dediklərinin arxasında Kremlin tapşırığı dayanır" ( 15340737)
-
demokrat.az"Nikolay Valuyev sözünü geri götürüb, Azərbaycan xalqından üzr istəməlidir" — Deputat ( 15340647)
-
demokrat.azDeputat:"Nikolay Valuyev sözünü geri götürüb, Azərbaycan xalqından üzr istəməlidir" ( 15340617)
-
demokrat.azDeputat: "Rusiyalı deputatlarının dediklərinin arxasında Kremlin tapşırığı dayanır" ( 15340109)
-
sfera.az""Rus evi" mədəniyyət mərkəzi deyil, başqa ölkələrə məxsus mədəniyyət evlərinin isə..." - Deputat ( 15319401)
-
bizim.mediaPeskovdan Bakıdakı Rus Evinin bağlanmasına REAKSİYA – “Anlaşılmazlıq...” ( 15318679)
-
oxumeni.azXİN: Azərbaycanda “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib ( 15304237)
-
qaziler.azAzərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib ( 15302499)
-
ictimairey.azAzərbaycan Rusiyaya NOTA VERDİ ( 15302063)
-
adalet.azAzərbaycan Rusiyaya NOTA VERDİ ( 15301795)