RU

Argentinada fövqəladə vəziyyət elan edilib

Argentina cənub bölgələrində meşə yanğınları ilə mübarizə aparmaqda çətinlik çəkir. 

"Cebheinfo.az" "ADNsur "agentliyinə istinədən xəbər verir ki, təbii fəlakət yalnız Rio-Negro vilayətində 3 min hektardan çox meşə sahəsini məhv edib.

Yanğının artması ilə əlaqədar vəziyyət tədricən nəzarətdən çıxır. Havanın əlverişsiz olması da yanğının söndürülməsinə mane olur.

Bölgədə 80 km/saat-a qədər sürətlə əsən küləklər xilasetmə işlərini çətinləşdirir. Hazırda alov Asul çayının sahilinə doğru yayılaraq bir neçə yeni meşə sahəsini də təsir altına alıb.

Fövqəladə vəziyyətlə əlaqədar yerli hakimiyyət orqanları, mürəkkəb ərazilərdən öz başına təxliyə olunmaq istəyən insanlar üçün regional idman mərkəzini sığınacaq olaraq istifadə etməyə başlayıblar. 

Əlavə olaraq, yaxın gələcəkdə yanğınların söndürülməsi üçün çalışacaq mütəxəssislərin sayı artırılacaq.

Argentinada vəziyyət yanvar ayının sonunda küləklərin güclənməsi və yüksək temperaturun təsiri ilə daha da ağırlaşıb.

Ölkədə fövqəladə vəziyyət elan edilib. Hazırda yanğınların vurduğu ziyanın dəqiq ölçüsü açıqlanmasa da, alovun əhatə etdiyi meşə sahəsinin 20.000 hektara qədər çatması gözlənilir. 

Избранный
30
cebheinfo.az

1Источники