RU

Yeni nazirin atası AzTV-nin sədr müavini də İŞLƏYİB

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bəzi KİV-lər yeni nazir Anar Əliyevin tanınmış ədəbiyyatşünas alimin oğlu olduğu haqda məlumat yayıblar.

Nazirin atası filologiya elmləri doktoru Rəhim Əliyev hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir.

Modern.az-ın məlumatına görə, Rəhim Əliyev əvvəllər başqa vəzifələrdə də çalışıb.

Belə ki, o, 1990-cı illərin əvvəllərində bir müddət Prezident Aparatında məsləhətçi vəzifəsini tutub.

Daha sonra – 1990-1991-ci illərdə Azərbaycan Televizia və Radio Verilişləri Şirkətində (AzTV) sədr müavini işləyib.

Избранный
24
2
modern.az

3Источники