RU

Daha bir dəhşətli TƏYYARƏ QƏZASI BAŞ VERDİ: Bütün sərnişinlər HƏLAK OLDU - FOTO

ABŞ-ın Alyaska ştatında “BeringAir” aviaşirkətinə məxsus “Cessna 208 Caravan” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 9 sərnişin və 1 pilot həyatını itirib.

Paytaxt.org xəbər verir ki, bu barədə “AssociatedPress” agentliyiməlumatyayıb

Məlumatda bildirilir ki, hadisə fevralın 7-də Unalakleet və Nome şəhərləri arasında uçuş həyata keçirən zamanı baş verib. Təyyarə enişə az qalmış Alyaska körfəzi üzərində olarkən radarlardan itib. Ertəsi gün xilasedicilər təyyarənin qalıqlarını tapıblar.

Rəsmi qurumlar qəzanın səbəblərini araşdırır. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Mütəxəssislər hava şəraitinin qəza ilə əlaqəli olub-olmadığını öyrənmək üçün təhlillər aparır.

Qeyd edək ki, bu, son iki həftə ərzində ABŞ ərazisində ölüm halları ilə nəticələnən üçüncü aviasiya qəzasıdır.

Musavat.com

Избранный
191
1
paytaxt.org

2Источники