RU

Koreyalı dirijor Jong-hun Bae və Dövlət Kamera Orkestrinin müşayiəti ilə musiqi gecəsi keçirildi (FOTO/VİDEO)

Bakı. Trend:

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasınınsəhnəsində koreyalı dirijor Jong-hun Bae və Q.Qarayev adınaAzərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə musiqi gecəsibaş tutub.

Trend xəbərverir ki, ilk dəfə bizim səhnədə çıxış edən Jong-hun Baeözünəməxsus, orijinal ifaçılıq üslubu təqdim edib.

Orkestr ilə dirijor arasındakı vəhdət əsərlərin böyük ustalıqlanümayiş olunmasına dəlalət edir. ​​​​​​​​Proqramda Q.Qarayevin“Yeddi gözəl” baletindən fraqmentlər, F.Əmirovun “Nizami”simfoniyası, P.İ.Çaykovskinin simli tərkib üçün serenadası (C-dur,op.48) səslənib.

Azərbaycan bəstəkar yaradıcılığından olan əsərlərin ifası zamanıMaestro yüksək peşəkarlıq göstərib.

Jong-hun Bae tərəfindən ilhamlanan orkestrin parlaq çıxışıhərarətli tamaşaçı alqışları ilə sona çatıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Koreyalı
Koreyalı
Koreyalı
Koreyalı
Koreyalı
Избранный
11
az.trend.az

1Источники