RU

Türk Mədəniyyəti və İrsi Fondunun Təşkilatçılığı ilə Astanada türk xalqlarının musiqi konserti “TAMYR” Keçirilib

Bakı, TurkicWorld

6 fevral 2025-ci il tarixində Astanada E.Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “TAMYR” adlı konsert keçirilib. Türk xalqlarının zəngin musiqi irsini nümayiş etdirən konsert Fondun ikinci Şura Toplantısı çərçivəsində keçirilərək bir araya gətirib.

Səhnədə "TURAN" Folklor-Etnoqrafik Ansamblı, "GULDER" Ansamblı, "SALTANAT" Dövlət Rəqs Ansamblı və K.Kuanışbayev adına Qazax Milli Musiqili və Dram Teatrının və E.Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasının kollektivi çıxış ediblər.

“TAMYR” konsertinin məqsədi türk xalqlarının ortaq mədəni kimliyini musiqi və rəqs vasitəsilə qeyd etmək, tamaşaçılara Türk dünyasının zəngin bədii irsinə nəzər salmasına imkan yaratmaqdır. Bu tədbirin türk dövlətləri arasında mədəni əməkdaşlığı gücləndirməklə yanaşı, onların sənət ənənələrini beynəlxalq arenada təbliğinə töhfə verir..

Konsertdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanda akkreditə olan diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, dövlət və mədəniyyət xadimləri iştirak edib.

Избранный
52
4
turkic.world

5Источники