Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, “Şəffaflıq haqqında” qanun Gürcüstanda QHT-lər və xarici maliyyə vasitəsilə növbəti inqilab təşkil etmək cəhdinin qarşısını almağa hesablanıb:
“Avropa İttifaqı da oxşar qanun qəbul etmək istəyirdi və onlar birbaşa, rəsmi şəkildə bildirdilər ki, Gürcüstanda analoji qanun qəbul edildiyinə görə, artıq Avropa İttifaqında bu qanunu qəbul edə bilməyəcəklər. Çünki o zaman Gürcüstanı eyni qanunu qəbul etdiyinə görə tənqid etməyə daha mənəvi haqları olmayacaqdı. İndi qəribədir ki, bizim elanımız ABŞ-da “Fara” qanununun yumşaldılması ilə üst-üstə düşdü. Burada “Dərin Dövlətin” əli ola bilər və bunu gələcək göstərəcək”, – deyə Kobaxidze vurğulayıb.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта